"Çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante karyerasını vətəni Fransada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "90min" məlumat yayıb.
Mənbənin iddiasına görə, yayda müqaviləsi başa çatacaq 31 yaşlı futbolçu PSJ-yə keçə bilər.
Belə ki, parisli menecerlərin futbolçunun agenti ilə əlaqə saxladığı bildirilir. Düzdür, mümkün sövdələşmənin maliyyə şərtləri ilə bağlı heç bir məlumat verilmir.
Qeyd edək ki, Fransa millisinin üzvünün xidmətində "Barselona" və "Atletiko Madrid" də maraqlıdır.
Mirağa