"Çelsi"nin amerikalı sahibi Todd Boeli yarımmüdafiəçi Meyson Mauntu komandada saxlamaq istəyir.
Fanat.Az xəbər verir ki, məlumatı jurnalist Saymon Fillips yayıb.
O, bildirib ki, tərəflər arasında danışıqlar müsbət nəticələnmir. Ancaq buna baxmayaraq klub 23 yaşlı futbolçu ilə müqaviləni uzatmaqda israrlıdır.
Qeyd edək ki, Mauntun "Çelsi" ilə cari sözləşməsi 2024-cü ilin yayında başa çatacaq.
Röya