"Arsenal"ın yarımmüdafiəçisi Emil Smit-Rou yayda "Mançester Siti"ni London klubuna dəyişən Aleksandr Zinçenko və Qabriel Jesusun çempionluq şanslarına təsirindən danışıb.
Fanat.Az xəbər verir ki, "Football London" onun dediklərini belə təqdim edib:
“Zinçenko və Jezusun gəlişi bizim dinamikamızı dəyişdi. Hər ikisi kubokları necə qazanmağı bilirlər. Açığı, başa düşmürəm ki, "Mançester Siti" onları bura buraxıb. Onlar hətta məşqdə də "klas" nümayiş etdirirlər. Təəssüf ki, Jesus ciddi zədələndi, Zinçenko isə özünü yaxşı tərəfdən göstərməkdədir”.
Qeyd edək ki, "Arsenal" Premyer Liqada "Mançester Siti"ni 8 xal qabaqlayaraq liderdir.
Mirağa