Ötən həftə "Bayern Münhen"in baş məşqçisi postundan göndərilən Yulian Nagelsmanın istefasına paltardəyişmə otağında baş verən münaqişə səbəb olub.
Fanat.Az xəbər verir ki, informasiyanı "Bild" yayıb.
Mənbənin məlumatına görə, PSJ ilə Çempionlar Lİqası matçının cavab qarşılaşmasından sonra gənc mütəxəssislə Sadio Mane arasında münaqişə yaşanıb. Seneqallı hücumçu paltardəyişmə otağında cəmi 8 dəqiqə meydanda olmasına sərt etirazını bildirib. Narazılığını qəzəbli şəkildə çatdıran Manedən çəkinən Nagelsman ona 2 gün sonra "Ausburq"la Bundesliqa oyununda start heyətində yer verməsi digər futbolçuların baş məşqçi barədə münasibətinə təsir edib. "Bayern"in oyunçuları Nagelsmanın qorxduğunu hiss ediblər. "Bavariya" rəhbərliyi də bu vəziyyəti məşqçinin zəifliyi kimi qəbul edib. Beləliklə, martın 24-də Nagelsman işdən çıxarılıb.
Mirağa