AÇ-2024-ün seçmə mərhələsinin 2-ci turu çərçivəsində Şotlandiyanın yığmasının qonağı olan İspaniya millisi İspaniya millisi 0:2 hesabı ilə uduzub.
Fanat.Az xəbər verir ki, "buğalar" 17 ildən sonra ilk dəfə Avropa çempionatının seçmə mərhələ oyununda qol vurmağı bacarmayıb.
İspanlar son dəfə 2006-cı ildə İsveçlə (0:2) qarşılaşmada rəqib qapısına yol tapa bilməmişdilər. Geridə qalan 38 görüş ərzində İspaniya yığması 100 dəfə fərqlənib ki, orta hesabla hər oyuna 2,6 qol düşür.
Bundan başqa, Luis Enrikenin rəhbərlik etdiyi komanda 2016-cı ildən bəri ilk dəfə ən azı iki top fərqi ilə uduzub. Yığma axırıncı dəfə AVRO-2016-da İtaliyaya 0:2 hesabı ilə yenilib.