"Mançester Yunayted"in qapıçısı David de Xea klubunun yeni müqavilə təklifini geri çevirib.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.
Xəbərə görə, 32 yaşlı qolkiperi şərtlər qane etmədiyi üçün təkliflə razılaşmayıb. Mənbə İngiltərə Nəhənginin idarəçilərinin qolkiperin maaşını azaltmaq istədiyini və bu üzdən təklifin rədd edildiyini vurğulayıb.
Nihat