Braziliya Futbol Konfederasiyası əfsanəvi futbolçularınının köməyi ilə "Real Madrid"in çalışdırıcısı Karlo Ançelottini yığmanın baş məşqçi postuna gətirmək istəyir.
Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.
Xəbərə görə, hazırda pentakampionların ulduz veteranları - Ronaldo və Kaka konfederasiyanın adından italiyalı mütəxəssislə danışıq aparır, onu Braziliya millisini çalışdırmağın doğru variant olduğuna inandırmağa çalışırlar. Mənbə Ançelottinin "Real"da qalmağı üstün saydığını, lakin cari mövsümün sonunda istefaya göndəriləcəyi halda, "sambaçılar"ın "sükanı arxası"na keçəcəyini vurğulayıb.
Nihat