Qazaxıstan millisinin baş məşqçisi Maqomed Adiyev Avro-2024-ün seçmə mərhələsi çərçivəsində Danimarka üzərində qazandıqları qələbədən sonra (3:2) azarkeşlərə müraciət edib.
Fanat.Az xəbər verir ki, qapısında 2 qol görməsinə rəğmən, möhtəşəm geridönüşə imza atan qazaxların çalışdırıcısı sosial şəbəkə hesabında belə yazıb:
"Əlahəzrət hesab... İstənilən halda, məşqçi hesabdan asılıdır.
Bu qələbə bütün qazaxların qələbəsidir. Komandaya inandıqlarına görə hər kəsə təşəkkür edirəm. Futbolçularımıza isə ayrıca təşəkkür düşür. Onlar sonadək döyüşdülər və ortaya əsl xarakter qoydular. Şadam ki, sizə uzun müddət yaddaşınızdan silinməyəcək sevinc və xoş duyğular bəxş edə bildik. Əminəm ki, bu, böyük tarixin bir parçası olacaq.
Artıq bu oyun geridə qalıb. Ən vacib matçımız isə qarşıdakıdır. Addım-addım qarşımıza qoyduğumuz məqsədə yaxınlaşacağıq. İrəli, Qazaxıstan!"
Nihat