Azərbaycan Premyer Liqasının Bakı klublarından olan "Səbail"in hansı şəhəri təmsil edəcəyi dəqiqləşib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, "dənizçilər"in Şirvan şəhərinə köçürülməsinə qərar verilib.
Çempionatın autsayderinin harada oynayacağına gəlincə, məkan olaraq Şirvan şəhər stadionu nəzərdə tutulub. Hazırda sözügedən idman qurğusunda təmir işlərinin başlaması da bununla əlaqədardır. Stadion təmir edilərək yararlı vəziyyətə gətiriləndən sonra "Səbail" Bakını Şirvana dəyişəcək.
Nihat