Avropa çempionatının ikinci mərhələsində mübarizə aparacaq 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının oyunlarına hakim təyinatları açıqlanıb.
Fanat.Az xəbər verir ki, UEFA Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunları 6-11 aprel tarixlərində Slovakiyada təşkil olunacaq.
B Liqasının 5-ci qrupunda mübarizə aparacaq komandamızın oyunlarını idarə edəcək hakimləri nəzərinizə çatdırırıq:
Monteneqro – Azərbaycan
8 aprel. Saat 13:00. Qabçikovo stadionu
Baş hakim: İoanna Allayiotou (Kipr)
Baş hakimin köməkçiləri: Despoina Demosthenous (Kipr), Anna Vieczorek (Polşa)
Dördüncü hakim: Katarzyna Lisiecka-Sek (Polşa)
Azərbaycan – Slovakiya
11 aprel. Saat 13:00. Qabçikovo stadionu
Baş hakim: Marina Jivkoviç (Serbiya)
Baş hakimin köməkçiləri: Andrea Miloşeviç (Serbiya), Despoina Demosthenous (Kipr)
Dördüncü hakim: İoanna Allayiotou (Kipr)