"Deportivo Saprissa"nın hücumçusu Ceyvon İst baş məşqçisi Custin Kamposdan şikayət edib.
Fanat.Az xəbər verir ki, 22 yaşlı yamaykalı məşqçini irqçi olmaqda ittiham edərək, Kosta Rikanın peşəkar oyunçular assosiasiyası olan "Asojupro"ya müvafiq müraciət ünvanlayb.
"Tigo Sports Costa Rica"nın məlumatına görə, qurum futbolçuya "qara pislik" deyən Kamposu məşqçi lisenziyasından məhrum edib.
Klub rəhbərliyi də daxili araşdırmaya başlayıb, lakin Kamposun bəraət alacağı ehtimalı azdır. Əksinə, idman direktoru Anxel Katalina da hadisəni ört-basdır etdiyinə görə cəzalandırıla bilər.
Mirağa