"Barselona"nın baş məşqçisi Xavi Ernandesin taleyinə aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, Kataloniya təmsilçisi onunla işbirliyini davam edəcək.
Bu barədə insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
Artıq klub rəhbərliyi 43 yaşlı mütəxəssis üçün yeni əmək müqaviləsi hazırlayıb. Tərəflər arasında hazırki müqavilənin müddəti 2024-cü ilin ortalarına kimi hesablanıb. Tərəflər La Liqada liqa çempionluğunu qazandıqdan sonra yeni müqavilə bağlaya bilər.
Xavi 2021-ci ildən "Barselona"nın baş məşqçisidir. İspaniya çempionatının 26 turundan sonra Kataloniya klubu 68 xal toplayıb və ikinci pillədə qərarlaşan "Real Madrid"i 12 xal qabaqlayır.
Mirağa