"Tottenhem"in baş idman direktoru Fabio Paratiçi klubdan kənarlaşdırılıb.
Fanat.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb.
Paratiçi ümumiyyətlə futbol fəaliyyətini dayandırıb. Daha doğrusu, klub funksioneri 2,5 il müddətinə futboldan uzaqlaşdırılıb.
Bu, FİFA-nın İtaliya futboluna tətbiq etdiyi cəza ilə bağlıdır. Paratiçinin maliyyə fırıldaqlarında təqsirli bilinən "Yuventus"un qanun pozuntularında əli olduğu hesab edilir.
Bu arada “Tottenhem”in rəsmi saytı dəqiqləşdirmə üçün FİFA ilə əlaqə saxladıqlarını və qurumdan ətraflı cavab gözlədiklərini bildirib.
Mirağa