Rusiya millisinin və "Monako"nun yarımmüdafiəçisi Aleksandr Qolovinin qazancı açıqlanıb.
Fanat.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, Qolovin knyazlıq klubunda aylıq 300 min avro əməkhaqqı alır.
Rus futbolçu komanda yoldaşları arasında yalnız Fransa millisinin forvardı Vissem Ben-Yedderdən (aylıq 650 min avro) az qazanır. Fransada çıxış edən bütün futbolçular arasında isə Aleksandr 30-cu yerdədir.
Qeyd edək ki, cari mövsüm "Monako" forması bütün turnirlərdə 37 matça çıxaraq 6 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.
Nihat