Fransa millisinin və "Bayern Münhen"in müdafiəçisi Deotşankül Yupamekano cari mövsüm ortaya qoyduğu performansı dəyərləndirib.
Fanat.Az xəbər verir ki, artıq dünyanın ən yaxşı arxa xətt oyunçularından sayılan 24 yaşlı Deotşankülün dediklərini "Le Figaro" belə çatdırıb:
"İndi həyatımın ən yaxşı futbolunu oynayıram. Özümü sakit və inamlı hiss edirəm. Düzdür, artıq uğurlu futbolçuyam, amma daha artığına nail ola bilərəm. Məsləhətlərə qulaq asır və bilirəm ki, bir çox aspektlərdə daha da "artırmağa" gücüm çatar. Həmişə inkişaf edə biləcəyimin fərqindəyəm".
Qeyd edək ki, Yupamekano 2021-ci ildən "Bayern"in sıralarındadır.
Nihat