Milan "İnter"inin qapıçısı Andre Onana "Barselona"nı Çempionlar Liqasında qrupda saxladıqlarına və bu turnirin 1/4 finalına yüksəldiklərinə görə Avropada hamının onlardan çəkinməli olduğunu deyib.
Fanat.Az xəbər verir ki, "Sport Mediaset" qolkiperin söylədiklərini belə çatdırıb:
"Həmişə qorxusuz oynamalıyıq. Qorxursansa, gərək meydana çıxmayasan. Qarşıda "İnter" olduqca çətin ay gözləyir. Ancaq biz belə görüşlərə hazırıq. Əminəm ki, hər şeyi düzgün etsək, bu ay bizə çox sevinc gətirəcək.
"İnter" kimi böyük klubun qapıçısı olmaq mənim üçün şərəfdir. "Barselona"nı Avropa Liqasına göndərdiyimiz və ÇL-də "ölüm qrupu"ndan çıxdığımız üçün Avropada hamı bizdən çəkinməli, daha çox hörmət etməlidir. Güclü komanda olduğumuzu sübut etmişik. Turnirin növbəti mərhələsində "Benfika"nı da yenmək üçün oynayacağıq. Mən hər şeyi qazanmaq istəyirəm".
Nihat