Sabiq ingiltərəli futbolçu Kris Santon "Arsenal"ın futbolçusu Bukayo Sakanı dünyanın ən yaxşı sağ cinah vingeri adlandırıb.
Fanat.Az xəbər verir ki, "Daily Mail" onun dediklərini belə çatdırıb:
"Bukayo Sakanın adını çəkmədən bu mövsüm dünyanın ən yaxşı sağ cinah vingerinin kim olduğunu söyləməyə cəhd etsəniz, çətinlik çəkərsiniz. Düzdür, PSJ-də Kilian Mbappe, "Napoli"də Xviça Kvaratsxeliya, "Real Madrid"də Vinisius Junior, "Mançester Yunayted"də Markus Raşford kimi vingerlər var. Amma Saka sağ "qanad"da hamısından üstündür. Razılaşaq ki, "Liverpul"un Məhəmməd Salahı artıq əvvəlki deyil...
Sakanın cəmi 21 yaşı var. Onun meydanda ani qərarlar qəbul etməsi daha çox xoşuma gəlir. Nə vaxt ötürmə verməli olduğunu əla bilir. Keçidlər zamanı isə top sanki ayağına yapışır. Karyerasının zirvə nöqtəsində hansı səviyyədə istedad olacağını təxmin etmək çətin deyil".
Nihat