"Netflix" İngiltərə Premyer Liqasında çıxış edən ulduz futbolçuların pərdəarxası həyatlarını seriala çəkmək istəyib. Lakin İPL rəhbərliyi kanalın bu təklifini rədd edib.
Fanat.Az xəbər verir ki, məlumatı "Times" qəzeti yayıb.
Layihəyə görə "Netflix" quruma 5 milyon funt təklif edib. Ancaq bu məğləğ İPL rəhbərliyini qane etməyib.
Bundan əlavə, mənbə qeyd edir ki, çəkilişlər televiziyaların matçların yayımı hüquqlarının satışı üzrə hərraclara mənfi təsir göstərə bilər. Yayımçılar uzun müddətdir ki, Premyer Liqadan klubların soyunub-geyinmə otaqları və məşq meydançalarında çəkiliş aparmaq üçün icazə almağa çalışırlar və "Netflix"in pərdə arxasında olması narazılıq yarada bilər.
Qeyd edək ki, "Netflix" 6-8 komandanın gündəlik həyatından bəhs edən üç mövsümlük serial çəkməyi planlaşdırırdı.
Röya