"Yuventus"un hücumçusu Moyze Kin hazırda Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda çıxış edən Kriştianu Ronaldunun Turin təmsilçisində top qovduğu dönəmdə ona necə motivasiya verdiyini açıqlayıb.
Fanat.Az-ın məlumatına görə, "Corriere dello Sport" Kinin dediklərini belə çatdırıb:
"Kriştianu mənim futbolçu kimi böyüməyimə yardımçı olub. Meydanda bütün gücümlə mübarizə aparmayanda, hətta matçın bir neçə dəqiqəsində biveclik edəndə məni oyuna qaytarırdı.
"Everton"? Orada Kalvert-Lyüin və Rişarlison var idi. Bu səbəbdən heyətə düşmək çətin oldu. İngiltərə klubunda 19 yaşımda olmuşamsa, məni çıxışım parlaq alınmadığı üçün günahlandırmaq üçün ciddi səbəb tapmaq çətindir".
Nihat