Tanınmış rusiyalı mütəxəssis Valeri Qazzayev sonradan "Real Madrid"də adından söz etdirən Marselonun Moskva MOİK-inə transfer edilməyə yaxın olduğu dönəmdən danışıb.
Fanat.Az xəbər verir ki, Qazzayevin dediklərini "Matç TV" belə çatdırıb:
"MOİK-in həyata gerçəkləşdirə bilmədiyi transferlərdən danışsaq, ən üzücü olanı Marselodur. Agentlərdən biri mənə disk göndərərək onu izləməyimi istədi. Marselonu görən zaman başa düşdüm ki, istedaddır.
Artıq agen, oyunçunun özü və klubu ("Fluminense" - red.) ilə razılaşmışdıq. Həftə ərzində qərar qəbul etməliydik. Amma seleksiya şöbəsi nədənsə hər şeyi uzatdı. Marselonu izləmək üçün Braziliyaya skaut da göndərdilər. Skaut geri qayıtdı və dedi: "Yaxşı oyunçudur, amma müdafiədə top almır".
İki gündən sonra isə "Real Madrid" müdafiədə top ala bilməyən oyunçu ilə 7 illik müqavilə bağladı. Vəssalam. Halbuki o, MOİK-ə keçməyə hazır idi. "Real"a keçdiyini öyrənən zaman nə düşündüm? Özü-özümə dedim: "Görünən budur ki, "Real"dakıların futboldan başı çıxmır".
Nihat