Argentina millisinin heyətində son dünya çempionatının qalibi olan Qonsalo Montyel qrup şəklində zorlamada ittiham edilir.
Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.
Xəbərə görə, martın 30-da Argentinanın ədliyyə sistemində cinsi təcavüz iddiası ilə bağlı şikayət qeydə alınıb. Mənbə həmin şəxslərdən birinin "Sevilya"nın formasını geyinən Montyel olduğunu vurğulayıb. Hadisənin 2019-cu ilin yanvarında baş verdiyi bildirilib.
Təcavüz qurbanının Montyellə bir müddət görüşən argentinalı model olduğu diqqətə çatdırılıb.
Nihat