"Benfika" baş məşqçisi Rocer Şmidt ilə müqaviləni yeniləyib.
Fanat.Az xəbər verir ki, məlumatı klubun mətbuat xidməti yayıb.
56 yaşlı almaniyalı mütəxəssislə yeni sözləşmə 30 iyun 2026-ci il tarixinə qədər nəzərdə tutulub.
Şmidt 1 iyul 2022-ci ildən Portuqaliya klubuna başçılıq edir. Komanda onun rəhbərliyi altında 43 matç keçirib. 36 oyunda qələbə qazanan "Benfika" 5 görüşdə məğlub olub, 2 matçı isə heç-heçə ilə başa vurub. Hazırda "Benfika" Portuqaliya çempionatında liderdir.
Röya