"Mançester Yunayted" Bundesliqadan futbolçu bəyənib.
Fanat.Az xəbər verir ki, söhbət "Ayntraxt"ın hücumçusu Randal Kolo-Maunidən gedir.
Məlumatı "Sport1" yayıb.
Xəbərə görə, "qırmızı şeytanlar" "Tottenhem"də çıxış edən Harri Keynin transferini həyata keçirə bilməsə, Randal üçün irəli atılacaq.
Ancaq Almaniya klubunun idman direktoru Markus Kroşe mətbuata açıqlamasında Kolo-Muanini satmaq fikrində olmadıqlarını bildirib.
Röya