"Mançester Siti"nin müdafiəçisi Emerik Lyaport karyerasını "Yuventus"da davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, məlumatı "Football Italia" yayıb.
İngiltərə klubu futbolçunu 30 milyon avro qarşılığında "Qoca sinyora"ya buraxar.
Lyaport "Tottenhem" və PSJ-nin də diqqət mərkəzindədir.
Qeyd edək ki, ispaniyalı futbolçu cari mövsüm 16 matçda meydana çıxıb.
Röya