Futbol üzrə İngiltərə Premyer Liqasında XXIX tura start verilib.
Fanat.Az-ın xəbərinə görə, turun mərkəzi görüşündə "Mançester Siti" "Liverpul"u qəbul edib.
"Etihad" stadionunda keçirilən matç meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə başa çatıb.
1 aprel
"Mançester Siti" - "Liverpul" - 4:1
Qollar: Alvares, 27, De Brüyne, 46, Gündoğan, 53, Qriliş, 74 - Salah, 17
Qeyd edək ki, bu qələbədən sonra "Mançester Siti" xallarının sayını 64-ə çatdırıb. Komanda hazırda ikinci pillədə qərarlaşıb. "Liverpul" isə 42 xalla 6-cıdır.