“Bayern Münhen” klubunun baş məşqçisi Tomas Tuxel yeni komandasındakı debüt oyununu şərh edib.
Fanat.Az "Sky Sport"a istinadən xəbər verir ki, Almaniya Bundesliqasının 26-cı turu çərçivəsində “Borussiya Dortmund” ilə oyunda 4:2 hesabı ilə qalib gələn münhenlilərin çalışdırıcısı vaxtilə baş məşqçisi olduğu komandaya qarşı matçdan tam razı qalmayıb.
“Bu gün yaxşı bir ilk addım atdıq. Qarşılaşma çox sərt keçdi. Biz daha çox dominatlıq və oyuna nəzarət istəyirdik. Çox əsəbi başladıq. Əslində, bütün oyun çox səliqəsiz, çoxlu top itkiləri ilə keçdi. İnkişaf etdirmək üçün nələrsə hələ var. Hər kəs bu gün nəyin təhlükədə olduğunu başa düşdü.
Məşqçi dəyişikliyi həmişə həyəcan gətirir, bu, başadüşüləndir. Tapşırığı yerinə yetirmək istəyi yüz faiz idi. Bu isə ən vacibdir. Sakit oynayanda xeyli şanslar yaratdıq.
İndi biz cədvəlinin zirvəsindəyik, bu, bizə sakitlik və özünəinam bəxş edəcək”.
Mirağa