İngiltərə Premyer Liqasının 29-cu turunda "Mançester Siti" "Liverpul"a qalib gəlib (4:1).
Fanat.Az "Opta Sport"a istinadən xəbər verir ki, bu, "şəhərlilər"in baş məşqçisi Xosep Quardiolanın Premyer Liqada 100-cü ev qələbəsidir.
Kataloniyalı mütəxəssis Premyer Liqada ən erkən 100 qələbə həddinə çatan baş məşqçi kimi rekord müəyyənləşdirib. O, bunu 128 matçda bacarıb. Quardiola "Arsenal"ın baş məşqçisi kimi 100-cü ev qələbəsini 139-cu matçında qazanan Arsen Vengerin rekordunu təzələyib.
Mirağa