Ötən yaydan "Napoli"də çıxış edən koreyalı müdafiəçisi Kim Min Je özünü Premyer Liqada sınamaq istəyir.
Fanat.Az xəbər verir ki, bu haqda "Foot Mercato" məlumat yayıb.
Onunla "Liverpul" yaxından maraqlanır. Mersisaydlılar onun üçün 70 milyon avro ödəməyə hazırdır. Min Jenin də Yürgen Kloppun komandasında oynamaq fikrinə açıq olduğu bildirilir.
Mirağa