"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti Braziliya millisindən təklif aldığını təsdiqləyib.
Fanat.Az xəbər verir ki, ESPN təcrübəli mütəxəssisinin dediklərini belə çatdırıb.
“Reallıq budur ki, Braziliya millisi məni almaq istəyir. Gizlətmirəm, bu mənim xoşuma gəlir, həyəcanvericidir. Ancaq müqavilənizə hörmət etməlisiniz. Mən də məhz bunu etmək istəyirəm. Hər şey tam aydındır.
“Real” icazə verdiyi müddətcə burada qalacağam. Braziliya Federasiyasının prezidentini tanımıram, amma bura gəlsə, mütləq onunla danışacam.
Mən prezidentin, azarkeşlərin, futbolçuların rəğbətini hiss edirəm, ətrafımdakı ab-hava çox sakitdir. İki kubok qazanmaq üçün iki ay yarım vaxtımız var".
Ançelotti daha əvvəl "Real Madrid"də qalmaq istədiyini bildirib.
Mirağa