Azərbaycan gimnastı Zöhrə Ağamirova Sofiyada keçirilən Dünya Kubokunda halqa ilə final hərəkətində altıncı yeri tutub.
Fanat.Az xəbər verir ki, o, çıxışına görə 28,750 xal toplayıb.
Bu yarışda qızıl medalı Stiliana Nikolova (Bolqarıstan), gümüşü Adi Katz (İsrail), bürünc medalı isə Sofiya Raffaelli (İtaliya) qazanıb.
Qeyd edək ki, Ağamirova turnirdə yalnız bir finalda təmsil olunub.