Türkiyə Superliqasında XXVII turun oyunları davam edir.
Fanat.Az xəbər verir ki, millimizin futbolçusu Mahir Emrelinin komandası "Konyaspor" da növbəti sınağına çıxıb.
Səfərdə autsayder "Ümraniyenspor"la qarşılaşan konyalılar görüşdən 2:2 hesablı bərabərliklə ayrılıblar.
26 yaşlı hücumçumuz görüşə start heyətində başlayıb və 67-ci dəqiqədə - komandası hesabda birinci dəfə geri düşdükdən sonra əvəzlənib. "Konyaspor"un birinci bərabərlik qoluna məhz Mahiri əvəzləyən Diuf imza atıb.
Emrelinin komandası 35 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Emreli "Konyaspor"a bu qış məxsus olduğu Zaqreb "Dinamo"sundan icarə əsasında keçib.
Mirağa