Rusiya Premyer Liqasında 21-ci turun oyunları keçirilir.
Fanat.Az xəbər verir ki, “Qarabağ”ın sabiq futbolçusu Kadi Borgesin formasını geyindiyi “Krasnodar” da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə autsayderlərdən "Ximki" ilə qarşılaşıb. Qonaqlar matçdan darmadağınla ayrılıblar - 6:0.
Kadi də bu matçın iştirakçısı olub. İkinci yarının startında əvəzetmədən meydana çıxan braziliyalı futbolçu komandasının parlaq qələbəsində pay sahiblərindən olub. Birinci hissədə cəmi 1 dəfə fərqlənən "Krasnodar" məhz Kadinin oyuna qoşulmasından sonra coşaraq rəqibini daha 5 dəfə meydanın mərkəzinə dəvət ediblər.
Krasnodarlıların 4-cü qolunu məhz Borges vurub. O, 63 dəqiqədə fərqlənib. Beləliklə, braziliyalı yarımmüdafiəçi yeni komandasında meydana çıxdığı 4 oyunda 3 qola imza atıb.
Kadinin komandası 21 oyuna topladığı 32 xalla hazırda 8-ci pillədə qərarlaşıb.