21:31 02.04.2023 415

Murad Musayev: “Tarixi gün oldu, amma rahatlaşa bilmərik”

"Sabah"ın baş məşqçisi Murad Musayev Premyer Liqanın 28-ci turunda "Qəbələ"yə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, rusiyalı mütəxəssis 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Sabah"ı, azarkeşləri təbrik etmək istəyirəm. Önəmli nəticə əldə etdik. Bu gün xüsusi gündür, avrokuboklara vəsiqəni təmin etdik, medalları da həmçinin. Amma medalların meyarını bilmirik, qarşıda oyunlar var. Tarixi gün oldu. İnanıram ki, "Sabah"ın tarixinə bu cür anları yazmağa davam edəcəyik.

Avrokuboklara vəsiqəni təmin etmək qarşımıza qoyulan məqsəd idi. Amma biz rahatlaşa bilmərik. Oyunçularla da danışanda dedik ki, mövsüm ərzində böyük iş görmüşük və dayanmaq lazım deyil. Daha da irəli getmək lazımdır. Qarşıdakı 8 oyunu "Qəbələ"yə qarşı ikinci yarıda keçirdiyimiz kimi keçirməliyik.

Oyuna gəlincə, rəqibin ilk qolu bizə mənfi təsir etdi. İkinci yarıda dəyişikliklər etdik. Oyuna sonradan daxil olanların qələbədə payı çoxdur. Xarakter göstərərək qələbə qazandıq. İkinci yarıda hər iki tərəf hücumlar etdi. "Qəbələ" yaxşı futbol oynayır. Onlara uğurlar arzulayıram.

Mən hər kəsin oruc tutmasına hörmətlə yanaşıram və bilirəm ki, İslam dinində bəziləri orucu erkən, bəziləri ondan gec açır. Rəqibin 9 nömrəli futbolçusu pauza verdi və orucunu açdı, su içdi. Nəsə yedi. Qısa müddət keçməmiş bütün oyunçular getdilər oruc açmağa, su içməyə. Mən ona etiraz edirdim ki, bir pauza verək, orucunu açsınlar, daha sonra davam etsinlər.

Aleksey İsayev millinin İsveçlə oyununda meydanda oldu. Onun oyununu əla qiymətləndirərdim. Bəxtiyar Həsənalızadə Avstriya ilə oyunda pis çıxış etdi, çünki pis formada idi. Bu da məlum idi. Çünki o əlindən zədə almışdı. Millidəki qalan digər oyunçularımız da əla formadadır. "Qarabağ"ın millidə olan oyunçuları da çox yaxşı formadadır. Avrokuboklarda da baxırıq, yaxşı çıxış edirlər. Keçmiş komandam, "Krasnodar"la "Sabah"ın göstəricilərinə baxdıqda, heç də geri qalmırıq. Hətta "Sabah"ın futbolçularının fiziki göstəriciləri əvvəlki sabiq komandamın göstəricilərindən daha yaxşı olur. Ümumi götürsək, çempionatın intensivliyinin artması üçün, oyunlarda daha az pauzalar olmalıdır. Aşağı pillələrdə qərarlaşan və nəticəyə oynayan komandalar çox pauza edirlər, oyunu gecikdirirlər, yalandan qıcolmalar tutur. Bütün bunların qarşısını ala biləcək şəxslər hakimlərdir. Onlar buna qarşı çox sərt olmalıdırlar. Avropada bu hərəkətlər keçmir, hakimlər bu tip hallara imkan vermirlər.

Yusif İmanova gəldikdə, bəzən pis təcrübə 5-6 oyundan sonra sənə daha yaxşı nələrsə verir. Yusiflə dörd buraxılan qolu müzakirə etdik. Bunlardan nəticə çıxarmalıdır ki, öz üzərində işləyib daha da inkişaf etsin”.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 May 2025
16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:27

"Barselona"nın ulduzu üçün mövsüm bitdi

09:00

"Liverpul" Aleksandr-Arnolda əvəzləyici tapdı - Razılıq əldə olundu

01:33

İspaniya La Liqası: "Real"dan əzmkar qələbə

01:19

"Milan" İtaliya Kubokunu qazana bilmədi

00:48

Yüngül çəkidə yeni çempion Las Veqasda müəyyənləşəcək

00:20

"Barselona" axtardığı qapıçını İspaniyada tapdı

14 May 2025
23:44

"Qalatasaray" Türkiyə Kubokunu darmadağınla qazandı

23:17

Kanadalı hücumçu Fransa klubundan gedəcəyini təsdiqlədi

22:45

"Bayer"in lideri "Liverpul"da - Valideynləri ilə İngiltərəyə yollandı

22:09

Cüdo hakimləri üçün nəzəri və praktiki seminar təşkil olundu

21:46

Azərbaycanın sərbəst güləşçiləri İranda turnirdə iştirak edəcəklər

21:15

Azərbaycan taekvondoçusu dünya birinciliyində bürünc medal qazandı

20:57

"Sabah" ardıcıl 3-cü dəfə ABL-in qalibi oldu

20:51

Dünya futbolunda yeni rekord - Braziliyalı vinger tarixə düşdü

20:19

"Real" 24 dəqiqə meydanın bizə aid olan hissəsində topa toxuna bilməmişdi" - Flik

19:48

Azərbaycan millisinin DÇ-2026-ya başlayacağı arena müəyyənləşdi

19:11

Maxaçev yarım orta çəkidə titul qazanmaq üçün kəmərindən keçdi

18:51

Ulduz futbolçunun atası meydanda döyüldü - FOTOLAR

Facebookdan bizi izləməyi unutmayın.
X