Həftəsonu Rusiyanın 2-ci liqasında mövsümün ikinci mərhələsi start götürüb.
Fanat.Az xəbər verir ki, azərbaycanlı mütəxəssis Nazim Süleymanovun baş məşqçisi olduğu "Ximki"nin gənclərdən ibarət komandası da növbəti oyununa çıxıb.
"Saxalin"lə matç həmyerlimizin "Ximki"nin gənclər komandasında rəsmi debütü kimi əlamətdar olub. Matç 1:1 hesablı heç-heçə nəticələnib.
2022/2023 mövsümünün əsas mərhələsini iddialılar sırasında başa vura bilməyən "Ximki" beləliklə, mübarizəni ikinci "6-lıq" komandaları arasında yarışda davam etdirir. Süleymanovun komandası ilk mərhələdə şəxsi görüşlərdə əldə olunan xallar hesabına hazırda turnir cədvəlinə başçılıq edir. "Ximki" 11 oyunda 21 xal toplayıb və ən yaxın izləyicisini 2 xal qabaqlqyır.
Həmyerlimizin komandası növbəti çempionat oyununu aprelin 8-də evdə məhz ən yaxın izləyicisi "Stroqino"ya qarşı keçirəcək.
Mirağa