Futbol insayderləri, tanınmış idman nəşrləri və xəbər agentlikləri klubların transfer çalışmaları ilə bağlı maraqlı məlumatlar yayımlayır.
"90min": "Mançester Siti" və "Real Madrid" "Leyptsiq"in futbolçusu Yoşko Qvardiola elçi düşüblər. Qətərdə keçirilən DÇ-2022-də özünü yaxşı tərəfdən göstərən Xorvatiya millisinin 21 yaşlı üzvü hər iki klubun hədəfindədir. Bu yay Yoşkonun keçidini rəsmiləşdirmək uğrunda mübarizə aparacaqlar. Ancaq Qvardiolun klubu istedadlı oyunçu ilə vidalaşmaq niyyətində deyil.
"Jeunes Footeux": "Tottenhem" "Çelsi"nin futbolçusu Hakim Ziyeşin keçidində maraqlıdır. "Tottenhem" gələn mövsümün əvvəlində transferi həll etməyi planlaşdırır. Mərakeşli vingerin "zadəganlar"la müqaviləsi 2025-ci ilin yayına qədər nəzərdə tutulub. Mövsümün sonunda onu 15-20 milyon avroya transfer etmək olar.
"Independent": "Liverpul" "Çelsi"nin daha bir futbolçusunu hədəfə alıb. Söhbət Konor Qallaxerdən gedir. Yarımmüdafiə xəttini gücləndirməyi planlaşdıran Yürgen Klopp 23 yaşlı ingiltərəli oyunçunu heyətinə cəlb etmək fikrindədir.
Qeyd edək ki, "Liverpul" "zadəganlar"ın müdafiəçisi Meyson Mauntla da maraqlanır. Lakin "Çelsi" İngiltərə millisinin üzvünü buraxmaq niyyətində deyil.
Röya