"Barselona"nın futbolçusu Ansu Fati karyerasını İngiltərədə davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, 20 yaşlı hücumçu "Mançester Siti"nin hədəfindədir.
Məlumatı "Football Insider" yayıb.
Futbolçu özü də oyunlarda az vaxt qazandığı üçün komandasından narazıdır. Ancaq transfer Kataloniya klubunun mövqeyindən asılıdır.
Qeyd edək ki, İspaniya millisinin üzvü "Barselona"nın yetirməsidir. O, 2019-cu ildən əsas komandanın üzvüdür.
Röya