Fransa futbolunun canlı əfsanəsi Tyerri Anri Liqa 1-in son turunda "Olimpik Lion"a uduzan (0:1) PSJ-nin superulduzu Lionel Messinin fitə basılmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Get French Football News" onun dediklərini belə çatdırıb:
"Park de Prens"də Messinin fitə basıldığını eşitmək utancverici idi. Komandanın ən yaxşı oyunçularından birinə qarşı belə hərəkət etmək olmaz. Messi futbolkasına olan sevgisi naminə "Barselona"ya qayıtmalıdır".
Qeyd edək ki, 35 yaşlı argentinalının müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq.
Nihat