PSJ-nin yarımmüdafiəçisi Danilu Pereyra komandasının Liqa 1-in 29-cu turunda "Olimpik Lion"a məğlubiyyətinə münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Sport France" onun dediklərini belə çatdırıb:
"Biz kluba hörmət etmirik. Bacardığımızın ən yaxşısını ortaya qoymağa çalışmırıq. Meydanda bütün gücümüzlə mübarizə aparmasaq, çempionluğa qovuşmaq çətin olacaq. Çətin dönəmdəyik, yuxudan oyanmalıyıq. Çünki rəqiblərimiz ("Olimpik Marsel" və "Lans" - red.) bizdən cəmi 6 xal geri qalır. Çox şeyi dəyişməliyik, ancaq bunu demək mənim işim deyil".
Xatırladaq ki, hazırda 66 xalı olan PSJ ilk pillədə mövqe tutub.
Nihat