"Aston Villa"dakı durumundan razı olmayan yarımmüdafiəçisi Filipp Koutinyo yay transfer pəncərəsində klubunu dəyişməyə hazırlaşır.
Fanat.Az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Mənbənin məlumatına görə, braziliyalı yarımmüdafiəçinin karyerasını Səudiyyə Ərəbistanı çempionatında davam etdirmək variantı var. Koutinyonun xidmətində maraqlı olan klubun adı hələ açıqlanmayıb.
Filipp bu mövsüm İngiltərə Premyer Liqasında 20 oyuna çıxıb və 1 qol vurub.
30 yaşlı braziliyalının "Aston Villa" ilə müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Onun transfer dəyəri 14 milyon avro qiymətləndirilir.
Qeyd edək ki, "Əl-Nəsr"də çıxış edən portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldu da Səudiyyə Ərəbistanına İngiltərədən yollanıb.
Mirağa