"Liverpul" "Real Madrid"in futbolçusu ilə maraqlanır.
Fanat.Az xəbər verir ki, söhbət Orelyen Çuamenidən gedir.
Məlumatı "El Nacional" yayıb. Fransa millisinin üzvü əsas heyətdə özünə yer edə bilmədiyi üçün komandadan ayrılması mümküdür.
İngiltərə klubu "Real Madrid"i razı salmaq üçün 70 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, 23 yaşlı yarımmüdafiəçi 2022-ci ildə kral klubuna keçib. O, cəmi 12 oyunda meydana çıxıb.
Röya