Qırğızıstan millisinin baş məşqçisi Aleksandr Krestinin istefa verəcəyi, onun yerini isə Andrey Kançelskisin tutacağı bildirilib.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "Championat.asia" yayıb.
Xəbərə görə, Kançelskis artıq Qırğızıstandadır və tərəflər müqavilənin detallarını müzakirə edir.
Krestinin 2014-cü ildən sözügedən millidə işləyir. O, komandanı tarixində ilk dəfə Asiya Kubokuna çıxarıb.
54 yaşlı Kançelskisin son iş yeri isə 2020-ci ildə ayrıldığı Özbəkistan "Navbahor"u olub.
Nihat