"Mançester Yunayted" baş məşqçi Erik ten Haqla bağlı qərarını qətiləşdirib.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, klub rəhbərliyi niderlandlı mütəxəssisin işindən razıdır.
Mənbə təfərrüatları açıqlayaraq bildirib ki, yaxında 53 yaşlı mütəxəssislə yeni müqavilə imzalanacaq. Hazırki müqaviləsinin müddəti 2024/25 mövsümünün sonuna kimi nəzərdə tutulan ten Haqla yeni anlaşma daha 3 mövsümü əhatə edəcək.
Ten Haq indiyədək 47 oyunda "qırmızı şeytanlar"a başçılıq edib. Onun hesabında 33 qələbə, 6 heç-heçə və 8 məğlubiyyət var. Üstəlik, onun gəlişindən sonra komanda İngiltərə Liqa Kubokuna sahib çıxıb. Beləliklə, o, Joze Mourinyudan sonra ilk dəfə MY-də kubok qazanan məşqçi olub.
“Mançester Yunayted” hazırda Premyer Liqada 4-cü yerdədir.
Mirağa