"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov cari mövsümün sonunda klubu ilə olan müqaviləsinin müddəti başa çatacaq Filip Ozobiçlə bağlı qərarını verib.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 50 yaşlı mütəxəssis Azərbaycan yığmasının da üzvü olan xorvatı komandada saxlamaqda maraqlı deyil.
Səbəb 31 yaşlı yarımmüdafiəçinin tez-tez zədələnməsi və oynadığı matçlarda belə, komandaya faydalı ola bilməməsidir.
Qeyd edək ki, Ozobiçi ölkəsinin "Slaven Belupo" klubu istəsə də, onun qışdan danışıq apardığı "Neftçi"yə keçmək ehtimalı daha yüksəkdir.
Nihat