"Liverpul"un baş məşqçisi Yürgen Klopp İngiltərə Premyer Liqasının növbəti turunda qarşılaşacaqları "Çelsi"si ilə bağlı gözləntilərini bölüşüb.
Fanat.Az "Euro-football"a istinadən xəbər verir ki, alman məşqçi Qrem Potterin baş məşqçi postundan qovulmasından sonra ilk oyununu keçirəcək London klubundan ehtiyatlanmalı olduqlarını deyib.
“Mənə dedilər ki, Potterin məşqçilər korpusu qalıb. "Çelsi" şübhəsiz ki, Potterin işdən çıxarılmasına reaksiya göstərməyə çalışacaq. Necə ki, "Bayern Münhen" Nagelsmanın qovulmasına reaksiya verdi".
Xatırladaq ki, Potterin köməkçisi kimi çalışmış Bruno Saltor "Çelsi"yə müvəqqəti baş məşqçi təyin olunub.
Mirağa