"Bayern Münhen"in və Fransa millisinin müdafiəçisi Benjamen Pavar millinin baş məşqçisi Didye Deşamın onu müdafiənin sağ cinahında oynatmaq qərarına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Telefoot" arxa xətt oyunçusunun dediklərini belə çatdırıb:
"Deşamın seçimini anlayışla qarşılayıram. Təbii, o, belə istədiyi üçün Fransa millisindən imtina etməyəcəyəm. Kollektivə görə buradayam. Baş məşqçi məni sağ cinah müdafiəçisi mövqeyində oynatsa, bacardığımı edəcəyəm".
Qeyd edək ki, daha öncə 27 yaşlı Pavarın "Bayern"də cinahda deyil, müdafiənin mərkəzində oynamaq istədiyi və bu üzdən baş məşqçidən narazı qaldığı barədə xəbərlər yayılmışdı.
Nihat