Futbol üzrə Azərbaycan I Divizionda XXIII turun oyunları start götürüb.
Fanat.Az xəbər verir ki, turun ilk oyun günündə üç matç baş tutub.
"Kəpəz-2" səfərdə "Səbail"in əvəzedicilərini minimal hesabla üstələyib. "Zaqatala" "İmişli"ni, "Neftçi-2" isə "Şamaxı-2"-ni doğma meydanda məğlub etməyi bacarıb.
4 aprel
“Səbail-2” – “Kəpəz-2” 1:2
Qollar: Bəşir Ayralov, 70 - Fərid Məmmədov, 2. Elnur Cəfərov, 20.
Hakimlər: Kamal Umudlu, Kərim Zeynalov, Asiman Əzizli, Rövşən Rəcəbov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“ASCO Arena”, 15:00 (canlı/Insports.Tv)
“Zaqatala” – “İmişli” 3:1
Qollar: Elnur İbrahimov, 10. Bəhruz Teymurov, 40. Rəhman Şabanov, 68 - Tolqar Yaqubov, 58.
Hakimlər: Şamil İmanzadə, Rasim Axundov, Anar Bədəlov, Mahmud Bağırzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Asif Əliyev
Zaqatala OİK stadionu, 15:30 (canlı/”Insports.Tv)
“Neftçi-2” – “Şamaxı-2” 3:1
Qollar: Həbib İsmayılov, 7. Aqşin Abazərov, 12. Elşad Tağıyev, 22-pen. - Sadiq Hüseynli, 9.
Hakimlər: Səbuhi Bayramov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Əkbər Əhmədov
Hakim-inspektor: Gülağa Cabarov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Türk Hava Yolları Futbol Mərkəzi, (IV meydança), 16:00