Bu gün Azərbaycan Basketbol Liqasında 24-cü tura yekun vurulacaq.
Fanat.Az xəbər verir ki, turun ikinci oyun günündə daha iki qarşılaşma keçiriləcək.
Əvvəlcə Astaranın “Zirvə” klubu NTD ilə qarşılaşacaq, daha sonra “AAAF Xırdalan” və “Gəncə” münasibətləri aydınlaşdıracaq. Hər iki görüş Bakıdakı “Sərhədçi” İdman Kompleksində keçiriləcək.
16:00. "Zirvə"(Astara) – NTD
19:15. "AAAF Xırdalan" - "Gəncə"
Qeyd edək ki, daha əvvəl turun iki oyunu baş tutub: "Sərhədçi" - "Olimpik" (Şəki) - 94:91, "Neftçi" - "Sabah" - 68:80.