"Arsenal" A Seriyasından futbolçu bəyənib.
Fanat.Az xəbər verir ki, söhbət "Latsio"da çıxış edən Sergey Milinkoviç-Saviçdən gedir.
Məlumatı "Gazzetta dello Sport" yayıb. Keçid yay transfer pəncərəsi dönəmində baş tuta bilər.
Serbiyalı yarımmüdafiəçinin klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq. O, İtaliyadan getmək niyyətində olduğu üçün "Latsio" ilə sözləşməni yeniləməyəcək.
Futbolçunu pulsuz buraxmamaq üçün İtaliya klubu onu yayda satmaq məcburiyyətindədir. "Latsio" Sergey üçün 40 milyon avro tələb edir. Roma təmsilçisi 28 yaşlı yarımmüdafiəçiyə 40 milyon avro qiymət qoyub.
Qeyd edək ki, Milinkoviç-Saviç "Mançester Yunayted" və "Tottenhem"in də maraq dairəsindədir.
Röya