İngiltərənin "Çelsi" klubu İPL-in 8-ci turundan təxirə salınmış oyunda "Liverpul"la 0:0 hesablı bərabərliyə razılaşıb.
Fanat.Az-ın məlumatına görə, ardıcıl 2 görüşdə qol vurmağı bacarmayan "zadəganlar" cari mövsüm çempionatda keçirdiyi 29 qarşılaşmada 29 dəfə dəfə rəqib qapılarına yol tapıb.
Londonlular tarixi ərzində cəmi iki dəfə bu sayda matçda daha az qolla yadda qalıb. "Çelsi" 1921/1922 mövsümündə ilk 29 çempionat qarşılaşmasında 23 dəfə fərqlənibsə, 1923/1924 sezonunda bu yöndə vəziyyət daha acınacaqlı olub - 16 qol.
Xatırladaq ki, daxili birincilikdə bərbad mövsüm keçirən "zadəganlar" Çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanıb. "Göylər" bu mərhələdə "Real Madrid"lə qarşılaşacaq.
Nihat