"Tottenhem" "Lester"in lideri Ceyms Meddisona elçi düşüb.
Fanat.Az xəbər verir ki, məlumatı insayder Fabritsio Romano yayıb.
Onun sözlərinə görə, İngiltərə təmsilçisi bu yay futbolçunu transfer etməyi planlaşdırır.
Meddisonun klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatır. "Lester" onu pulsuz buraxmamaq üçün bu yay başqa komandaya keçidinə razılıq verə bilər.
Qeyd edək ki, 26 yaşlı ingiltərəli yarımmüdafiəçi 2018-ci ildən "Lester"də çıxış edir. 146 oyunda meydana çıxan futbolçu 40 qola imza atıb.
Röya